16/06/2019
14:58
2341
| A A A
Neftçi-nin daha bir rəqibi müəyyənləşdi

Türkiyədə hazırlıq keçən Neftçi klubunun yoxlama görüşündə qarşılaşacağı daha bir rəqibi müəyyənləşib. Goal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyunun 20-də “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rusiyanın “SKA-Xabarovsk” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40025 səs