16/06/2019
20:45
3677
| A A A
“Biz tarix yazdıq” - Xames Rodriqes

Kolumbiya millisinin üzvü Xames Rodriqes Amerika kubokunda Argentinanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Rodriqes, 2:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Biz tarix yazdıq. Uzun illərdən sonra Argentinanı məğlub edə bildik. Bu, bizim üçün böyük bir uğurdur. Oyunda çox səy göstərdik, qələbə qazanmaq üçün əlimizdən gələni etdik və bacardıq. Komanda yoldaşlarımı təbrik edirəm”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21520 səs