08/03/2023
19:20
18229
| A A A
İngiltərəli baş məşqçi Chelsea-nin tarixinə düşüb

Qrem Potter Chelsea komandasının tarixinə düşüb.

Goal.az xəbər verir ki, o, London klubunun sükanı arxasında UEFA Çempionlar Liqasında pley-off mərhələsini adlayan ilk ingiltərəli baş məşqçi olub.

48 yaşlı mütəxəssis bunu evdə Almaniyanın Borussia (Dortmund) klubuna 2:0 hesabı ilə qalib gəlməklə bacarıb. "Zadəganlar" Dortmunddakı ilk qarşılaşmada minimal hesabla (0:1) uduzsalar da, iki görüşün nəticəsinə əsasən 1/4 finala yüksəliblər.

Qeyd edək ki, Chelsea 2019/2020 mövsümündə Frenk Lempardın rəhbərliyi altında pley-offda Bayern-ə uduzaraq, mübarizəni dayandırıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI