08/03/2023
18:27
18920
| A A A
Pioli: "Kiçik üstünlüyümüz var"

Milan-ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 final mərhələsində Tottenham-ə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

Goal.az xəbər verir ki, mütəxəssis bu gün baş tutacaq görüşlə bağlı bunları deyib:

"Hər şey futbolçuların fərdi bacarıqlarından asılı olacaq. Rəqib hücumda yaxşı oynayır. Biz daha intensiv olmalı, oyunu idarə etməliyik.

İlk oyunda qələbə qazanmışıq. Kiçik üstünlüyümüz var. Bu oyunda da qol vurmalı və rəqibi təəccübləndirməliyik".

Bu gün keçiriləcək Tottenham - Milan oyunu saat 00:00-da başlayacaq. Komandalar arasındakı ilk matç "qırmızı-qaralar"ın qələbəsiylə başa çatıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI