Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
Bu gün Çempionlar Liqasında 1/4 və 1/2 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Goal.az xəbər verir ki, UEFA-nın qərargahında keçiriləcək mərasimdə 1/8 finalın qalibi olan 8 komanda açıq püşk yolu ilə rəqiblərini tanıyıb.
1/4 final
İnter (İtaliya) - Benfica (Portuqaliya)
Manchester City (İngiltərə) - Bayern (Almaniya)
Milan (İtaliya) - Napoli (İtaliya)
Real Madrid (İspaniya) - Chelsea (İngiltərə)
1/2 final
Real Madrid - Chelsea / Manchester City - Bayern
İnter - Benfica / Milan - Napoli
1/4 finalın matçları 11-12 aprel və 18-19 aprel, 1/2 finalın oyunları 9-10 may və 16-17 may, final isə 10 iyunda keçiriləcək.