07/04/2020
18:51
2911
| A A A
Ulduz futbolçu hərbi xidmətə yollandı

Tottenham-in hücumçusu Xın Min Son komandanın düşərgəsini tərk edərək, vətəni Cənubi Koreyaya yollanıb.

Goal.az xəbər verir ki, bu barədə məlumatı klub saytı yayıb.

Son vətənində hərbi xidmət keçəcək. Amma hazırda Koreyada olan futbolçu karantindədir. O, klub həkimləri ilə mütəmadi əlaqə saxlayır.

Cənubi Koreyada xidmət müddəti hərbi qüvvələrdən asılı olaraq 21 aydan 24 aya qədər sürür. Amma Son Koreya yığması ilə 2018-ci ildə Asiya Oyunlarının qalibi olduğu üçün ona güzəşt edilib. Ona görə də, futbolçu cəmi 1 ay hərbi xidmətdə olacaq.

Klubdan bildirilib ki, Son may ayında Tottenham-in düşərgəsində olacaq. Onu da qeyd edək ki, futbolçu fevral ayında Aston Villa ilə oyunda əlindən zədələnmişdi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6062 səs