06/07/2022
13:21
950
| A A A
Lech-in kapitanı: "Qarabağ bizi təəccübləndirmədi"

"Rəqib bizi təəccübləndirmədi".

Goal.az xəbər verir ki, bunu Lech-in kapitanı Mikael İshak evdə Qarabağ-a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Görüşdə yeganə qolun müəllifi olan 29 yaşlı hücumçu "köhlən atlar"ın yaxşı komanda olduğunu söyləyib: "Onların avrokuboklarda böyük təcrübələri var. Rəqibə topla oynamağa imkan verdik. Amma biz bu nəticəyə sevinirik".

İsveçli forvard matç üçün yaxşı planlarının olduğunu sözlərinə əlavə edib: "Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sonadək mübarizə apardıq. Bu da nəticəyə gətirib çıxardı".

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. (report)