Neftçi bu gün Türkiyə klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Neftçi bu gün ilk yoxlama oyununu keçirəcək.
Goal.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən Sakaryaspor-la üz-üzə gələcək.
"The Sign Esentepe Hotel & Ski Cente"in stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.
Qeyd edək ki, Neftçi hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır. (report)