06/07/2022
15:19
1765
| A A A
Lille-dən Milan-a

Milan heyətinə yeni yarımmüdafiəçi qatmaq istəyir.

Goal.az xəbər verir ki, İtaliya klubu Lille-in futbolçusu Renato Sançeşlə yaxından maraqlanır. Tərəflər artıq şifahi razılıq əldə ediblər. Milan Lille-ə fransız futbolçu üçün 18 milyon avro təklif edib.

Qeyd edək ki, Sançeşlə PSG də yaxından maraqlanır.