06/07/2022
17:28
1693
| A A A
Portuqaliyada mövsümün futbolçusu seçildi

Portuqaliya çempionatında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, ötən mövsüm Benfica-da çıxış edən Darvin Nunyesdir.

Uruqvaylı hücumçu çempionatda 28 oyunda 26 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Nunyes ötən ay Liverpool-a keçib.