Dadaşov Wolverhampton-un düşərgəsinə qoşuldu
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İngiltərənin Wolverhampton klubunun düşərgəsinə qoşulub.
Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, “canavarlar”ın sosial media hesabında hücumçu ilə bağlı paylaşım edilib. O, yeni mövsüm üçün hazırlığa start verib.
Xatırladaq ki, 2019-cu ildə Wolverhampton-lə müqavilə imzalayan Renat Dadaşov müxtəlif klublara icarəyə verilib. 23 yaşlı hücumçu son mövsümü Portuqaliya Tondela-sında keçirib.