04/07/2022
22:57
924
| A A A
Lech-in iki futbolçusu Qarabağ-la oyunu buraxacaq

Polşanın "Lex" klubunun 2 futbolçusu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarını buraxacaq.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Niderlandlı mütəxəssisin sözlərinə görə, polşalı müdafiəçi Bartoş Salamon zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün qarşıdakı görüşlərdə meydana çıxmayacaqlar.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.