04/07/2022
23:24
1162
| A A A
Fulham Portuqaliya millisinin üzvünü transfer etdi

Fulham heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Sporting-in yarımmüdafiəçisi Joao Palinyanı transfer edib.

Portuqaliya millisinin 26 yaşlı futbolçusu ilə klub arasında 5+1 illik müqavilə imzalanıb. Fulham-in bu transfer üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir.