05/07/2022
10:12
905
| A A A
Qarabağ Çempionlar Liqasında mübarizəyə başlayır

Qarabağ bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Goal.az xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa Lech-inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00. Lech (Polşa) - Qarabağ (Azərbaycan)

Baş hakim: Xose Luis Munuera

Poznan, "Poznan" stadionu.