Aston Villa-da yeni müqavilə
Aston Villa müdafiəçisi Eşli Yanqla müqavilənin müddətini artırıb.
Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yanq ötən mövsüm 25 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.