05/07/2022
11:32
751
| A A A
Zenit-dən Flamengo-ya

Flamengo yay transfer pəncərəsində heyətinə yeni yarımmüdafiəçi qata bilər.

Goal.az xəbər verir ki, Braziliya klubu Zenit-in futbolçusu Vendellə yaxından maraqlanır. Vendelin Zenit-lə 2025-ci ilə qədər müqaviləsi var. 

Rusiya klubu braziliyalı futbolçu üçün ən azı 18 milyon avro tələb edir.