13/12/2018
09:38
1476
| A A A
Qarabağ Arsenal-ın qonağıdır

Bu gün Qarabağ 2018/2019-cu illər avrokubok mövsümündə sonuncu oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin axırıncı – VI turunda İngiltərədə Arsenal-ın qonağı olacaq. Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya Sporting-i 1/16 finala vəsiqəni təmin etdiyindən görüş formal xarakter daşıyır.

Matç formal xarakter daşısa da, Qarabağ qrup sonuncusu olmamaq üçün səy göstərməlidir. Hazırda Ağdam komandası Vorskla ilə eyni – 3 xala malik olsa da, ukraynalılar top fərqinə görə öndədirlər. Poltava təmsilçisi 4 top vurub, 6 qol buraxdığı halda, Azərbaycan çempionu qapısında 12 qol görüb və cəmi 2 dəfə fərqlənib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, VI tur

13 dekabr

00:00. Arsenal (London, İngiltərə) - Qarabağ (Ağdam, Azərbaycan)

Baş hakim: Yens Moe

London. “Emireyts” stadionu

Xal durumu: Arsenal – 13, Sporting – 10, Vorskla, Qarabağ – 3.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9890 səs