13/12/2018
12:51
5169
| A A A
Galatasaray-ın ÇL-dan qazancı nə oldu?

Çempionlar Liqasında mübarizəni dayandıran Galatasaray-ın turnirdən əldə etdiyi gəlir açıqlanıb.

Goal.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul nəhənginin qitənin ən nüfuzlu klub turnirindən ümumi gəliri 34,2 milyon avro təşkil edib.“Sarı-qırmızılılar” göstərilən məbləğin 15,25 milyonunu ÇL-də iştiraka, 5,76 milyonunu qrup mərhələsindəki nəticələrinə, 7,5 milyonunu teleyayıma, yerdə qalan hissəsini isə digər marketinq gəlirlərinə görə əldə edib.

Qeyd edək ki, Porto, Schalke və Moskva Lokomtiv-i ilə D qrupunda yer alan Galatasaray 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs