13/12/2018
13:17
2283
| A A A
Alman klubu rekordunu yenilədi

Bayern Munich Çempionlar Liqasının qrup mərhələsini məğlubiyyətsiz başa vurub. Goal.az-ın məlumatına görə, Almaniya nəhəngi öz rekordunu yeniləyib. Son turda Ajax-la səfərdə qollu bərabərə (3:3) qalan münhenlilər qrupu 14 xalla tamamlayıb. Hollandlarla hər iki görüşdə heç-heçə edən Niko Kovaçın yetirmələri BenficaAEK-in hər birindən də 6 xal alıb.1/8 finala vəsiqə qazanan Bayern Munich 10 ildən sonra qrup matçlarında yenilgi üzü görməyib. Sonuncu dəfə 2008-09 mövsümündə Yurgen Klinsmannın rəhbərliyi altında almanlar bunu bacarmışdılar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28652 səs