13/12/2018
16:57
2972
| A A A
Akinfeevdən tarixi göstərici

CSKA Moskva-nın qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb. Goal.az xəbər verir ki, o, buna Real Madrid-lə oyunlardakı çıxışı ilə nail olub.Belə ki, 32 yaşlı qolkiper Real-la hər iki görüşdə qapısının toxunulmazlığını qoruya bilib. O, eyni mövsümdə "kral klubu" ilə hər iki qarşılaşmada qol buraxmayan 4-cü qapıçı olub. Buna qədər Edvin van der Sar (1995-96), Yens Lemann (2005-06) və Pepe Reyna (2008-09) bunu bacarmışdır. Qeyd edək ki, CSKA Real-dan 6 xal almasına baxmayaraq, G qrupunda sonuncu yeri tutub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9884 səs