17/12/2018
09:49
6657
| A A A
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, pley-offa vəsiqə qazanan komandaların bu mərhələdəki rəqiblərini müəyyənləşəcək. Klublar qrup qalibi və ikincisi olmaqla 2 səbətə bölünüblər. Əsasnaməyə görə, eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər 1/8 finalda üz-üzə gələ bilməzlər.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq

Qrup qalibləri: Borussia (Dortmund, Almaniya), Barcelona (İspaniya), PSG (Fransa), Porto (Portuqaliya), Bayern Munich (Almaniya), Manchester City (İngiltərə), Real (İspaniya), Juventus (İtaliya)

Qrup ikinciləri:Atletico (İspaniya), Tottenham (İngiltərə), Liverpool (İngiltərə), Schalke (Almaniya), Ajax (Hollandiya), Lyon (Fransa), Roma (İtaliya), Manchester United (İngiltərə).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs