17/12/2018
16:49
7163
| A A A
ÇL tarixində ilklər - 5 qat çempionların yolları kəsişdi

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində qarşılaşacaq Liverpool-la Bayern Munich-lə bu turnir çərçivəsində ilk dəfə üz-üzə gələcək.

Goal.az-ın məlumatına görə, adıçəkilən Avropa nəhəngləri indiyə qədər ÇL tarixində heç vaxt qarşılaşmayıblar. Bayern Munich ingilislərə qarşı son 3 duelini Arsenal-a qarşı keçirib və hər üçündə qalib gəlib.

Maraqlıdır ki, həm Liverpool, həm də Bayern Munich turnirin 5 qat qalibi olsa da, yolları heç vaxt kəsişməyib. Həmçinin 1/8 finalın digər maraqlı cütlüyü olan PSG ilə Manchester United də avrokubok tarixində ilk dəfə rəqib olacaqlar. "Qırmızı şeytanlar" 3 dəfə kuboku muzeyinə aparıbsa, fransızlar hələ "siftə" etməyiblər.

Qeyd edək ki, oyunların tarixi bəlli olmasa da, ilk görüşlərin Liverpul və Mançesterdə keçiriləcəyi dəqiqdir. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs