25/12/2018
09:36
2274
| A A A
Çempionlar Liqasının reytinq siyahısı açıqlandı - Qarabağ ilk 100-də

UEFA Çempionlar Liqası tarixi ərzində çıxış etmiş klubların reytinq siyahısı açıqlanıb.

Goal.az qurumun saytına istinadən xəbər verir ki, 1955-ci ildən başlanan siyahıda Qarabağ klubu 33 xalla 100-cü pillədə qərarlaşıb. Ağdam təmsilçisi qitənin bir nömrəli turnirində 5 dəfə iştirak edib. 

Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Çempionlar Liqasında təsnifat mərhələləri daxil olmaqla 30 oyun keçirib. "Köhlən atlar" bu matçların 11-də qələbə qazanıb, 11-də isə heç-heçə edib. Son ölkə çempionu 8 görüşdə meydanı məğlub tərk edib.

Azərbaycanın digər klublarına gəlincə, Neftçi 167-ci, Bakı 265-ci, Keşlə 290-cı, Şəmkir 389-cu, Kəpəz 390-cı, Xəzər Lənkəran isə 415-ci pillədə qərarlaşıb.

Siyahıya 590 xalla İspaniya Real Madrid-i başçılıq edir. Bayern Münich 462 xalla ikinci, Barcelona isə 427 xalla 3-cü yerdədir. Siyahıda 513 komanda yer alıb.  

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs