30/12/2018
10:56
2385
| A A A
UEFA ilin ən sərrast hücumçusunu açıqladı

UEFA öz bayrağı altında keçirilən bütün yarışlarda 2018-ci ilin ən yaxşı bombardirinin adını açıqlayıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Hollandiya millisi və Chelsea-nin hücumçusu Dayşon Redan hamını qabaqlayıb. Fevral ayında 17 yaşı tamam olan forvard bu il 19 dəfə fərqlənib. O, qoların 8-ni UEFA Gənclər Liqasında, 5-ni Hollandiyanın U-19, 6-nı isə Avropa çempionu olan U-17 yığmasında vurub.

İkinci yeri də holland futbolçu tutub. U-17 yığması və Ajax-ın forvardı 15 qola imza atıb. Üçüncü pillədə isə 13 qolla Roma-nın bosniyalı hücumçusu Edin Dzeko yer alıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9885 səs