27/01/2019
20:48
2725
| A A A
Neymar Manchester United-ə qarşı oynaya biləcək?

Fransa kubokunun Strasbourg-la oyununda (2:0) zədələnən PSG-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində Manchester United-ə qarşı oynaya bilər.

Goal.az-ın xəbərinə görə, bu barədə Fransanın Telefoot nəşri məlumat yayıb. Bildirilib ki, braziliyalı futbolçunun fevralın 12-də keçiriləcək matçda az da olsa, meydana çıxmaq şansı var.

Qeyd edək ki, ayağından zədə alan Neymarın bir neçə həftə oynamayacağı bildirilmişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9884 səs