05/02/2019
11:04
1579
| A A A
Bayern Münich-in apellyasiya şikayəti rədd edildi

UEFA İntizam Komitəsi Bayern Münich-in futbolçusu Tomas Müllerin cəzasının ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman hücumçunun iki oyunluq cəzası qüvvədə qalıb. Beləliklə, Müller Çempionlar Liqasının 1/8 finalında Liverpool-la hər iki görüşü buraxacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin son turunun Ajax-la səfər qarşılaşmasında (3:3) rəqib futbolçu Nikolas Talyafikonun başına təpik vurduğu üçün qırmızı vərəqə almışdı. Buna görə o, iki matçlıq cəzalandırılıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9882 səs