09/02/2019
10:56
1350
| A A A
Keyn Borussia Dortmund-la oyunda iştirak edə bilər

Tottenham-in zədəli futbolçusu Harri Keyn Çempionlar Liqasının 1/8 finalında Borussia Dortmund-la cavab matçında oynaya bilər.

Goal.az xəbər verir ki, ingilis hücumçunun yaxın vaxtlarda məşqlərə başlayacağı gözlənilir. Dortmund klubu ilə fevralın 13-ü keçiriləcək ilk oyunu buraxacağı dəqiq olan 25 yaşlı hücumçunun ikinci görüşə kimi sağalmasının yüksək olduğu bildirilir.

Qeyd edək ki, Keyn yanvarda ölkə çempionatının 22-ci turunda Manchester United-ə qarşı matçda zədələnib.

Əlavə edək ki, Borussia - Tottenham oyunu martın 5-i keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28650 səs