11/02/2019
15:14
3460
| A A A
Çempionlar Liqası oyunlarında VAR-dan hansı hallarda istifadə ediləcək?

Çempionlar Liqası oyunlarında videotəkrar sistemindən (VAR) istifadə qaydaları açıqlanıb.

Goal.az xəbər verir ki, UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti qurumun rəsmi saytına müsahibəsində bildirib ki, VAR hakimi matçın gedişinə təsir göstərən dörd vəziyyətdə açıq və aydın səhv gördüyü vaxt oyuna müdaxilə edəcək: "Bunlara qoldan öncəki qayda pozuntuları, penalti haqqında qərarlar və penaltidən öncəki qayda pozuntusu, birbaşa qırmızı vərəqə və futbolçuların yanlış identifikasiyası daxildir. Bu, eyni zamanda hücumdakı və oyundan kənar vəziyyətdə vurulan qollara da aiddir".

Çempionlar Liqasının 1/8 final mərhələsindən etibarən VAR sistemindən istifadə olunacaq. Avrokuboklarda 2018/19 mövsümünün ikinci yarısına sabah start veriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7380 səs