01/05/2019
17:39
1964
| A A A
Ajax 23 il sonra...

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda Tottenham öz meydanında Ajax-a 0:1 hesabı ilə məğlub olub.

Goal.az-ın məlumatına görə, bu, Amsterdam klubu bununla 23 ildən sonra ilk dəfə pley-offda səfərdə quru hesabla qalib gəlib.

Hollandlar axırıncı dəfə 1996-cı ildə "Panatinaikos"a Yunanıstanda 3:0 hesabı ilə qalib gəlib. Ajax eyni zamanda tarixi ərzində pley-offlarda səfərdə keçirdiyi ilk oyunda qalib gəldiyi 28 görüşün 26-da növbəti mərhələyə adlayıb.

Erik ten Haqın yetirmələri həmçinin ardıcıl 3-cü səfər matçından qalibiyyətlə dönüb. 1/8 finalda Real (1:4), 1/4 finalda isə Juventus (1:2) doğma arenasında amsterdamlılarla bacarmayıb. Ajax ÇL-in bir mövsümündə pley-off mərhələsinin hər üç səfər görüşündə bunu bacaran 3-cü komanda olub. Bu göstəriciyə 2012-13 mövsümündə Bayern Munich, 2017-18 mövsümündə isə Real nail olmuşdu.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16896 səs