02/05/2019
12:53
6545
| A A A
Barcelona - Liverpool matçında qeydə alınan rekord və antirekordlar

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda Barcelona "Kamp Nou"da Liverpool üzərində 3:0 hesablı qələbəyə sevinib.

Goal.az-ın məlumatına görə, bu görüş bir neçə rekordla əlamətdar olub.

Kataloniya klubu ÇL-in pley-off mərhələlərində keçirdiyi son 10 oyunun 8-də ən azı 3 qol vurmağı bacarıb. Həmçinin Barca "Nou Kamp"da keçirdiyi son 32 ÇL matçında məğlub olmayıb. Bununla ispanlar öz rekordlarını yeniləyiblər.

Barcelona-nın forvardı Luis Suaresin Çempionlar Liqasının ½ finalının birinci oyununda "Liverpul"un qapısına vurduğu qol klub üçün turnirdə 500-cü olub. Kataloniyalılardan əvvəl bu göstəricini Real klubu aşıb. Hazırda Madrid klubunun hesabında turrində vurulan 551 qol var. Barcelona isə 502 qolla ikincidir.

Liverpool-la qarşılaşmada meydana çıxan "11-lik" cari mövsüm Barcelona-nın ən yaşlı heyəti olub. Ernesto Valverdenin meydana buraxdığı komandanın orta yaş həddi 29 il 210 gün olub.

Matçda dubl edən Lionel Messi klub karyerasında qollarının sayını 600-ə çatdırıb. Leo buna 683 oyunda nail olub. O, bunun 491-ni sol, 85-ni sağ ayaqla, 22-ni başla, 1-ni bədəni, 1-ni isə əllə vurub. Argentinalı ilk peşəkar qoluna 2005-ci il mayın 1-də imza atıb.

Liverpool Messinin Çempionlar Liqasında məyus etdiyi 32-ci komanda olub. O, bu turnirdə indiyə qədər ümumilikdə 37 fərqli kluba qarşı çıxış edib. Superulduz bu göstəriciyə görə yalnız Real-ın əfsanəsi Rauldan geri qalır. İspaniyalı karyerası ərzində 33 komandanın qapısına yol tapıb.

Liverpool isə mötəbər turnirdə öz antirekordunu təkrarlayıb. Belə ki, "mersisaydlılar" buna qədər yalnız 2014-cü ildə qrup mərhələsində Real-a böyük hesabla məğlub olmuşdu.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs