02/05/2019
17:55
3065
| A A A
Barcelona-nın 7 futbolçusu həftənin rəmzi komandasına düşüb

UEFA Çempionlar Liqasında ilk yarımfinal oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Fantasy Football”da toplanan xallara əsasən formalaşan “11-lik”də İspaniyanın Barcelona komandasının 7 oyunçusu yer alıb. Digər 4 nəfər isə Hollandiya Ajax-ının oyunçularıdır.

Həftənin komandası: Mark-Andre ter Şteqen, Jerar Pike, Serci Roberto (hamısı Barcelona), Deyli Blind, Matteys de Liqt (hər ikisi Ajax), Filippe Koutinyo (Barcelona), Donni van de Bek, Hakim Ziyex (hər ikisi Ajax), Lionel Messi, Luis Suares (hər ikisi Barcelona).

Qeyd edək ki, Barcelona evdə İngiltərə Liverpool-unu 3:0 hesabı ilə məğlub edib. Ajax isə Londonda Tottenham-i üstələyib – 1:0. Cavab matçları 7 - 8 mayda olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28431 səs