08/05/2019
09:45
980
| A A A
Çempionlar Liqasında növbəti finalçı müəyyənləşir

Bu gecə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Goal.az-ın məlumatına görə, Ajax və Tottenham komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfindədir. İngilislər Amsterdamdakı qarşılaşmada geridönüş etməyə çalışacaqlar.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi finalda Liverpool ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16896 səs