08/05/2019
10:10
7587
| A A A
Liverpool - Barcelona matçında qeydə alınan rekord və antirekordlar...

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə ilk oyunda 0:3 hesabı ilə uduzduğu  Barcelona-nın qapısından 4 cavabsız top keçirən Liverpool ilk finalçı olub.

Goal.az xəbər verir ki, qarşılaşma bir sıra ilklər və rekordlarla əlamətdar olub.

"Qırmızılar" 9-cu dəfə finala çıxan 4-cü komanda olub.Daha əvvəl Real (16 dəfə), Milan (11) və Bayern Munich (10) bu göstəriciyə nail olub. Liverpool 8 finalın 5-də (1977, 1978, 1981, 1984, 2005) kuboku muzeyinə aparıb.

Kloppun komandası yarımfinal mərhələsinin ilk oyununda böyük hesabla məğlub olmasına baxmayaraq, finala adlamağı bacaran 3-cü klubdur. Buna qədər yalnız Barcelona (1985-86) və Panathinaikos (1970-71) bunu edə bilmişdi.

Matçın qəhrəmanı olan Corcino Veynaldum fasilədən sonra meydana daxil olan yarımmüdafiəçi 54 və 56-cı dəqiqələrdə dubl edib. Hollandiyalı yarımfinal mərhələlərində əvəzləmədən sonra 2 qol vuran ilk oyunçu kimi ÇL tarixinə düşüb.

6 ildən sonra ilk dəfə Messi və Ronaldo olmadan final görüşü keçiriləcək. Sonuncu dəfə 2013-cü ildə Bayern Munich - Borussia Dortmund (2:1) finalı zamanı adıçəkilən superulduzların komandası finala yüksəlməyib.

Barcelona-nın Çempionlar Liqasının pley-off mərhələlərində uğursuz çıxışı davam edir. "Katalonlar" 2016-17 mövsümündən bəri qrup mərhələsindən sonra cəmi 1 səfər qələbəsi qazanıb. 2 dəfə heç-heç edib, 4 dəfə məğlub olan ispanlar 2 qol vurub, 15-ni buraxıb.

Liverpool-la oyunda qeydə alınan nəticə Barcelona-nın Avrokubok tarixində 6-cı 4 qollu məğlubiyyəti olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs