08/05/2019
11:50
1494
| A A A
Liverpool– Barcelona oyununun ən yaxşısı bilindi

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Liverpool Barcelona-nı məğlub edib – 4:0.

Goal.az xəbər verir ki, Liverpool-un yarımmüdafiəçisi Corcinyo Veynaldum sözügedən qarşılaşmanın ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Oyunun ikinci hissəsində Endryu Robertsonun yerinə meydana daxil olan Veynaldum, komandasının 2-ci və 3-cü qoluna imza atıb.

İlk oyunda 0:3 hesabıyla məğlub olan Liverpool, cavab qarşılaşmasında 4 cavabsız qolla qalib gələrək, finala vəsiqə qazanıb.

Liverpool-un finaldakı rəqibi bu gün keçiriləcək Ajax – Tottenham matçından sonra bilinəcək. Qarşılaşma saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda Ajax minimal hesablı qələbə qazanıb 1:0.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16896 səs