09/05/2019
13:59
3194
| A A A
Moura Çempionlar Liqası tarixinə düşdü

Tottenham Çempionlar Liqasının yarımfinalının cavab oyununda Ajax-ı məğlub edərək, finala vəsiqə qazanıb.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada londonluların hər 3 qolunu vuran Lukas Moura, Çempionlar Liqası tarixinə düşüb.

Belə ki, Moura Çempionlar Liqası tarixində yarımfinal mərhələsində het-trik edən 5-ci futbolçu olub. Mouradan əvvəl Alessandro Del Pyero, İşiva Oliç, Robert Levandovski və Kriştiano Ronaldo ÇL-in yarımfinalında 3 qol vurmağı bacarıb.

Xatırladaq ki, Tottenham ilk oyunda Ajax-a 0:1 hesabıyla məğlub olsa da, cavab qarşılaşmasında 3:2 hesablı qələbə qazanaraq, finala vəsiqə qazanıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16900 səs