09/05/2019
16:22
2918
| A A A
Blind atasına çatdı

Ajax-ın müdafiəçisi Deyli Blind Çempionlar Liqasının yarımfinal mərhələsində Tottenham-lə qarşılaşmada start heyətində meydana çıxıb. Goal.az xəbər verir ki, bu, hollandiyalının turnirdə 26-cı oyunu olub.

Komandasının məğlubiyyətinin (2:3) şahidi olan 29 yaşlı futbolçu bununla atası Danni Blində çatıb. Ata Blind də Ajax-ın heyətində ÇL-də 26 qarşılaşmada iştirak edib. 1986-1999-cu illərdə Amsterdam klubunun şərəfini qoruyan böyük Blind 1995-ci ildə turnirin qalibi olub.

Deyli isə 2008-2014-cü illərdə Hollandiya komandasında oynayıb və 2018-ci ildə yenidən qayıdıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5727 səs