14/05/2019
17:02
1340
| A A A
Çempionlar Liqasının finalına hakim təyinatları açıqlandı

Çempionlar Liqasında Liverpool və Tottenham arasında keçiriləcək final oyununa hakim təyinatları açıqlanıb.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu Sloveniya Futbol Federasiyasının hakimi Damir Skomina idarə edəcək. Ona həmyerliləri Yüre Praprotnik və Robert Vukan köməklik edəcək. Dördüncü hakim funksiyasını Antonio Mateu Lahos yerinə yetirəcək. VAR hakimləri Danni Makkeli və Pol van Bukel olacaq.

Bu, Skominanın karyerası ərzində ÇL-də baş hakimi olacağı ilk final matçı olacaq.

Qeyd edək ki, həlledici matç iyunun 1-i Atletico Madrid-in Vanda Metropolitano stadionunda keçiriləcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16900 səs