18/05/2019
11:00
4813
| A A A
UEFA Poçettinonu cəzalandırdı

UEFA İntizam Komitəsi Tottenham-in baş məşqçisi Maurisio Poçettinoya bir oyunluq cəza verib.

Goal.az xəbər verir ki, buna səbəb komandanın Çempionlar Liqasının yarımfinalında Hollandiya Ajax-ı ilə ilk oyununun gec başlamasıdır.

Argentinalı mütəxəssisin cəzası şərti xarakter daşıyacaq və ona bir il sınaq müddəti veriləcək. İngiltərə təmsilçisinə həmçinin 10 min avro məbləğində cəza kəsilib.

Poçettino Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi Liverpool-la matçda texniki zonada yer ala biləcək.

Qeyd edək ki, Ajax-la Londondakı görüş Tottenham-in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda Amsterdamdakı qarşılaşmada rəqibini 3:2 məğlub edərək finala yüksəlib. Çempionlar Liqasının finalı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddə Vanda Metropolitano stadionunda olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34155 səs