28/05/2019
16:35
1507
| A A A
Firmino ilə Keyta finalda oynaya bilər

Liverpool-un zədəli futbolçuları Nabi KeytaRoberto Firminonun durumuna aydınlıq gəlib.

Goal.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp onlardan birinin Çempionlar Liqasının final oyununda iştirak edə biləcəyini söyləyib.

Almaniyalı mütəxəssis Keytadan fərqli, Firminonun kollektivə qoşulduğunu deyib: "Nabinin şansı yoxdu. O, bəlkə Afrika Millətlər Kubokuna yetişdi. Firmino isə sıraya dönüb. Sabah da kollektivlə məşq edəcək. Əminəm ki, final oyununda meydana çıxacaq".

Qeyd edək ki, Liverpool Çempionlar Liqasının final matçında Tottenham-lə qarşılaşacaq. Görüş iyunun 1-də "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs