30/05/2019
13:00
9368
| A A A
ÇL və AL-in qrup iştirakçıları müəyyənləşdi

2019-20 mövsümündə avrokubokların qrup mərhələsindən yarışa qoşulacaq klubların tam siyahısı bəlli olub.

Goal.az-ın məlumatına görə, 43 komanda birbaşa qruplardan mübarizəyə qatılacaq.

Onlardan 26-sı Çempionlar Liqası (ÇL), 17-si isə Avropa Liqasında (AL) qüvvəsini sınayacaq. ÇL-də təsnifat mərhələlərinin oyunlarından sonra qrup iştirakçılarına daha 6 komanda qoşulacaq. Avropa Liqasının qrupunda isə 31 yer öz sahibini gözləyir.

Qruplarda ən çox komanda ilə İngiltərə, İspaniya, İtaliya və Almaniya təmsil olunacaq. Adıçəkilən ölkələrin 6 nümayəndəsi seçmə mərhələlərindən azaddı.

Çempionlar Liqası: Manchester City, Liverpool, Chelsea, Tottenham (İngiltərə), Barcelona, Atletico, Real, Valencia (İspaniya), Juventus, Napoli, Atalanta, İnter (İtaliya), Bayern Munich, Borussia Dortmund, Leipzig, Bayer (Almaniya), PSG, Lille, Lyon (Fransa), Zenit, Lokomotiv (Rusiya), Benfica (Portuqaliya), Shakhtar (Ukrayna), Genk (Belçika), Galatasaray (Türkiyə), Salzburg (Avstriya).

Avropa Liqası: Getafe, Sevilla (İspaniya), Arsenal, Manchester United (İngiltərə), Lazio, Milan (İtaliya), Borussia Mönhenqladbax, Wolfsburg (Almaniya), Rennes, Saint-Etienne (Fransa), MOİK, Sporting (Portuqaliya), Aleksandriya (Ukrayna), Mexelen (Belçika), Beşiktaş (Türkiyə), Wolfsberger (Avstriya), Lugano (İsveçrə).

Qeyd edək ki, sentyabrın 17-də Çempionlar Liqası, 19-da isə Avropa Liqasının qrup mərhələsində mübarizə başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17756 səs