31/05/2019
15:24
4659
| A A A
Çempionlar Liqası finalında İngiltərə dueli və ya 110 illik tarixi rəqabət...

Bu yazımızda UEFA Çempionlar Liqası çərçivəsində oynanılacaq final matçı, daha dəqiq desək, Tottenham-Liverpool qarşılaşması ilə bağlı maraqlı faktları, 2 klub arasındakı tarixi rəqabəti və digər statistik göstəriciləri oxucularımıza çatdırmağa çalışacağıq.       

Tərəfli, tərəfsiz əksər futbol azarkeşlərinin uzun zamandan bəri gözlədiyi final sabah baş tutacaq. Madridin “Vanda Metropolitano” stadionunun ev sahibliyi edəcəyi finalı Damir Skominanın rəhbərlik etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

liverpool vs tottenham ucl final 2019 ile ilgili görsel sonucu110 illik tarixi rəqabət       

UEFA Çempionlar Liqasında ilk dəfə yolları kəsişən Tottenham və Liverpool eyni ölkəni təmsil etdiyinə görə, bu klublar İngiltərə daxilindəki çempionatlarda dəfələrlə üz-üzə gəliblər. Həm Londonu təmsil edən Tottenhem-in, həm də Liverpool şəhərinin eyni adlı təmsilçisinin rəqibini tanımaq sarıdan çətinlik çəkəcəyini söyləmək yersiz olar.

Tottenham və Liverpool futbol klubları arasındakı ilk oyun isə XX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1909-cu il noyabrın 13-də Londonda baş tutmuş matçda ev sahibi Tottenham Liverpool-u 1-0 hesabı ilə məğlub edib. İki klub arasındakı son oyun isə bu mövsüm İngiltərə Premyer Liqası çərçivəsində baş tutub. 2019-cu il martın 31-də Enfilddə baş tutan matçda qırmızılar rəqibini 2-1 hesabı ilə məğlub edib.

İlgili resim

 

Statistika Liverpool-un xeyrinədir       

1909-cu ildən bu günə kimi bütün turnirlərdəki rəsmi görüşləri nəzərə alsaq, görərik ki, Tottenham və Liverpool klubları 165 dəfə üz-üzə gəliblər. “Mersesaydlar” statistikada rəqibini aşkar şəkildə üstələyir. Belə ki, 165 oyunun 73-də Liverpool, 49-də isə Tottenham sevinən tərəf olub. 43 matçda isə bərabərlik qeydə alınıb. Bu görüşlərdə Liverpool 254 dəfə fərqləndiyi halda, Tottenhem buna 194 qolla cavab verib. Topların nisbəti 60 xallıq göstərici ilə qırmızıların xeyrinədir.

 

liverpool 2-1 tottenham ile ilgili görsel sonucuSon 10 oyun

Son 10 oyunun 5-də Liverpool qalib gəlib. Tottenhem-in sözügedən matçlarda cəmi 1 qələbəsi var. İki klub arasında baş tutmuş son 10 matçın 4-ü bərabərliklə yekunlaşıb. Bu oyunlarda Liverpool 16, Tottenhem isə 13 dəfə fərqlənib:

 

1. Liverpool 2-1 Tottenham (İngiltərə Premyer Liqası)

2. Tottenham 1-2 Liverpool (İngiltərə Premyer Liqası)

3. Liverpool 2-2 Tottenham (İngiltərə Premyer Liqası)

4. Tottenham 4-1 Liverpool (İngiltərə Premyer Liqası)

5. Liverpool 2-0 Tottenham (İngiltərə Premyer Liqası)

6. Liverpool 2-1 Tottenham (İngiltərə Liqa Kuboku)

7. Tottenham 1-1 Liverpool (İngiltərə Premyer Liqası)

8. Liverpool 1-1 Tottenham (İngiltərə Premyer Liqası)

9. Tottenham 0-0 Liverpool (İngiltərə Premyer Liqası)

10. Liverpool 3-2 Tottenham (İngiltərə Premyer Liqası)

Ən böyük hesablı qələbə

Futbolun unudulmazlarından biri də böyük hesablı qələbələrdir. Hələ bu qələbələr əsas rəqiblərə qarşı oyunlarda qazanılıbsa, daha əlamətdar olur. Daim prinsipial rəqiblərin azarkeşləri böyük hesablı qələbələri ilə öyünüblər. Bu baxımdan Liverpool azarkeşləri bir addım öndədirlər.

Belə ki, 1978-ci il sentyabrın 2-də I Divizion (indiki adı ilə İngiltərə Premyer Liqası) matçında Liverpool Tottenham-i 7-0 hesabı ilə ağır məğlubiyyətə uğradıb. Bu nəticə iki klub arasındakı matçlarda ən böyük hesablı qələbə kimi tarixə düşüb. Tottenham-in Liverpool-a qarşı matçlarda ən böyük hesablı qələbəsi isə 15 aprel 1963-cü ilə təsadüf edir. I Divizion matçında londonlular qırmızıları 7-2 hesabı ilə məğlub ediblər.

liverpool 7-0 tottenham ile ilgili görsel sonucu

 

Ən çox qol vurulan matçlar       

Tottenham və Liverpool arasında baş tutan bir oyunda ən çox 9 qol qeydə alınıb. Əzəli rəqabətdə belə hal 2 dəfə baş verib. Bunlardan birincisi 1914-cü ilin 31 oktyabrında qeydə alınıb. İngiltərə çempionatı çərçivəsində baş tutmuş oyunda ev sahibi Liverpool rəqibini 7-2 hesabı (toplam 9 qol) ilə məğlub edib. 9 topun vurulduğu ikinci oyun isə yuxarıda qeyd etdiyimiz kimi 1963-cü ilin 15 aprelində oynanılıb. Bu dəfə meydan sahibi olan Tottenham Liverpool-u 7-2 hesabı ilə məğlub edərək revanşı alıb. 9 topun vurulduğu 7-2 hesablı nəticələr Tottenham-Liverpool rəqabətində hələki ən çox qolun vurulduğu oyunlardır.

 

tottenham 7-2 liverpool ile ilgili görsel sonucuİngilis duelləri       

Bu mövsümə kimi İspaniya təmsilçiləri (Real Madrid və Barcelona) ardıcıl olaraq 5 dəfə Çempionlar Liqasının qalibi olmuşdular. Cari mövsümdə Liverpool və Tottenhem klubları turnirin finalına vəsiqə qazanaraq ispanların hegomonluğuna son qoydu. Futbolsevərlər Çempionlar Liqası tarixində ikinci dəfə ingilis finalına şahidlik edəcəklər.

İngilislərin finaldakı ilk qarşıdurması 2008-ci ildə baş verib. O zaman Moskvanın Lujniki stadionundakı finalda Manchester United və Chelsea klubları üz-üzə gəlmişdi və həmin görüşün əsas vaxtı 1-1 hesabı yekunlaşdığından əlavə vaxt oynanılmışdı. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyən olunmuşdu və futbol lotereyasında bəxti gətirən Manchester United o mövsüm Çempionlar Liqasının qalibi olmuşdu.

manchester united chelsea 2008 ile ilgili görsel sonucu

Onu qeyd edək ki, Tottenham də tarixi ərzində 1 dəfə UEFA kubokunun finalında ingilis klubu ilə üzləşib. 1971/1972-ci illər mövsümünün finalında iki görüşün nəticəsinə görə (o zaman finalın qalibi 2 oyunun nəticəsinə görə müəyyən olunurdu) Wolverhampton-u 3-2 hesabı ilə məğlub edən mahmızlar kubokun sahibi olublar.

 

Tottenham avrokuboklarda       

Tarixi ərzində ilk dəfə Çempionlar Liqasının finalına yüksələn Tottenhem 2 dəfə UEFA kubokunun (indiki adı ilə UEFA Avropa Liqasının) qalibi olub. 1971/1972 və 1983/1984-cü illər mövsümlərində UEFA kubokunu öz muzeyinə aparan londonlular 1973/1974-ci illər mövsümündə həmin turnirin finalında Hollandiya təmsilçisi Feyenoord-a məğlub olaraq kuboku əldən veriblər.

İlgili resim

Bir faktı da qeyd edək ki, Tottehem UEFA kubokunu (indiki Avropa Liqasının) qazanan ilk klubdur. Bundan əlavə mahmızlar 1962/1963-cü illər mövsümündə hazırda mövcud olmayan Kuboklar Kubokunun da qalibi olublar.

 

Liverpool avrokuboklarda       

Tottenham-dən fərqli olaraq avrokuboklarda qazandığı titullara görə Liverpool-un muzeyi daha zəngindir. Köhnə qitənin 1 nömrəli klub turnirində 9-cu dəfə final oynayacaq Liverpool-un muzeyində 5 Çempionlar Liqası kuboku var. Əgər qırmızılar  həlledici matçda Tottenhem-ə qalib gələrsə, bu göstərici 6 olacaq ki, bununla da mersesaydlar Barcelona və Bayern Munich-i (hərəyə 5 dəfə) geridə qoyacaqlar.

liverpool milan 2005 ile ilgili görsel sonucu

Həmçinin, Liverpool 1972/1973; 1975/1976 və 2000/2001-ci illər mövsümlərində UEFA Avropa Liqasının qalibi olub. Bundan əlavə qırmızılar 3 dəfə də UEFA Super Kubokundan qalib ayrılıblar.

 

Tottenham-in əzmkarlığı...       

Madriddəki finala vəsiqə qazanan Mauritsio Poçettinonun komandası bu mövsüm UEFA Çempionlar Liqasında əzmkar çıxışı ilə yadda qalıb. İspaniyanın Barcelona, İtaliyanın İnter və Hollandiyanın PSV klublarının qərarlaşdığı B qrupunu (çoxlarının “Ölüm qrupu” adlandırdığı) ikinci yerdə tamamlayan Tottenham növbə ilə 1/8 finalda Almaniyanın Borussia Dortmund, 1/4 finalda İngiltərənin Manchester City, 1/2 finalda Hollandiyanın Ajax kimi klublarını sıradan çıxarıb.

ajax - tottenham hotspur ile ilgili görsel sonucu

Çempionlar Liqasının bu mövsümündə londonluların heyətində ən məhsuldar oyunçular hərəyə 5 qolla yadda qalan Harri Keyn və Lukas Moradır. Heyətdə ən çox assist edən futbolçu (4 dəfə) isə danimarkalı Kristian Eriksendir.

       

Liverpool-un geridönüşləri...       

Bu mövsüm

Yurgen Klopun komandası qrup mərhələsində qeyri-stabil oyun nümayiş etdirsə də, "mersesaydlar" qrupun son oyununda Napoli üzərindəki minimal hesablı qələbə ilə yollarına davam etmişdilər. Fransanın PSG, İtaliyanın Napoli və Serbiyanın Crvena Zvezda klublarının yer aldığı C qrupunu ikinci pillədə tamamlayan Liverpool növbə ilə 1/8 finalda Almaniyanın Bayern Munich, 1/4 finalda Portuqaliyanın Porto, 1/2 finalda İspaniyanın Barcelona klublarını məğlub edib.

Liverpool-dan söz düşəndə istər-istəməz geridönüşlər (Comeback) yada düşür. Son illər avrokubokların daimi sakininə çevrilmiş Liverpool-un bu mövsümü də geridönüşsüz ötüşməyib. Belə ki, ilk oyunda Camp Nou-da Barcelona-ya 3-0 hesablı məğlubiyyətdən sonra doğma meydandakı revanş matçında 4-0 hesablı geridönüş Liverpool-u yenidən turnirin finalına çıxartdı.

liverpool 4-0 barcelona ile ilgili görsel sonucu

Çempionlar Liqasının bu mövsümündə Liverpool-un heyətində ən məhsuladar futbolçular rəqib qapıçıları hərəyə 4 dəfə məyus edən Məhəmməd Salah, Roberto Firmino və Sadio Manedir. Ən çox assist edən futbolçu (3 dəfə) isə sağ cinah müdafiəçisi Trent Aleksandr-Arnolddur.

 

Kloppun final fobiyası       

Həm Yurgen Klop, həm də Mauritsio Poçettino əksər matçlarda əzmkarlıq göstərən, döyüşkən ruhlu komandalar qursalarda, sözügedən mütəxəsislər Avropa miqyasında məşqçi kimi heç bir titul əldə edə bilməyiblər.

İlgili resim

2012/2013-ci illər mövsümündə Borussia Dortmund-la, 2017/2018-ci illər mövsümündə hazırkı komandası Liverpool-la Çempionlar Liqasının finallarında məğlub olan Yurgen Klop Madriddəki matçda qalib gələ bilmədiyi halda, Marsello Lippinin anti-rekordunu yeniləmiş olacaq. Belə ki, Lippi Juventus-un məşqçisi olduğu zaman arıcıl olaraq 1997, 1998 və 2003-cü il finallarında kuboku həlledici oyunda əldən verib.

Poçettino isə Tottenham-i tarixi ərzində avrokubokların finalına çıxaran üçüncü məşqçidir. Buna kimi Bill Nicholson və Keyth Burkinşou müxtəlif vaxtlarda mahmızları Avropa Liqasının və Kuboklar Kubokunun finalına çıxarıblar.

 Sloveniyalıların “yerlibazlığı”       

Tottenham-Liverpool matçına sloveniyalı Damir Skomina təyinat alanda bir çox avropalı futbol şərhçiləri, ekspertlər bunu UEFA prezidenti Aleksandr Çeferinin adı ilə bağlayırdılar. Bu mülahizəni ortaya atanlar məsələni həm Aleksandr Çeferinin, həm də təcrübəli hakim Damir Skominanın sloveniyalı olması ilə əlaqələndirirlər.

Damir Skomina ile ilgili görsel sonucu

Sloveniyalıların “yerlibazlıq” söhbətlərini kənara qoyub Skominanın karyerasına nəzər yetirdikdə, görürük ki, vacib matçlara təyinat alan FİFA referisi o qədər də çox final matçı idarə etməyib.

Skominanın idarə etdiyi sonuncu final 2012-ci il UEFA Super Kuboku çərçivəsində baş tutan Chelsea-Atletico Madrid matçıdır. Xatırladaq ki, həmin görüş 1-4 hesabı ilə ispanların xeyrinə yekunlaşmışdı.

 

Stadion       

İspaniyanın paytaxtı Madrid dəfələrlə avrokubokların finallarına ev sahibliyi etsə də, bu sözləri şəhərin “Vanda Metropolitano” adlı stadionu üçün deyə bilmərik. Atletico Madrid klubuna məxsus olan arena 2017-ci ildə istifadəyə verilib. Vanda Metropolitano stadionu 67829 tamaşaçı tutumuna malikdir.

wanda metropolitano champions league 2019 ile ilgili görsel sonucu

Finalın Madriddə baş tutması Liverpool tərəfi üçün daha əlamətdardır. Yurgen Klopun yetirmələri ötən mövsümün finalında Madrid şəhərinin digər təmsilçisi Real Madrid-ə uduzmuşdular. Əgər Liverpool finalı qazanarsa, kuboku Dumanlı Albiona Madriddən gətirmiş olacaq. Bu da Liverpool azarkeşləri üçün böyük anlam ifadə edir.

 

Həmidağa Məcidov

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34018 səs