01/06/2019
09:40
1765
| A A A
Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün İspaniyanın Madrid şəhərində UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək.

Goal.az xəbər verir ki, Vanda Metropolitano stadionunda keçiriləcək final oyununda İngiltərənin TottenhamLiverpool klubları üz-üzə gələcək.

İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq görüş yarışın 64-cü finalı olacaq.

Liverpool ÇL-də iştirakçısı olduğu 8 finaldan 5-də qalib gəlib. İngiltərə klubu 3 dəfə UEFA Kubokunu (1973, 1976, 2001) və eyni sayda UEFA Super Kubokunu (1977, 2001, 2005) əldə edib. Liverpool 2006-cı ildə Avropa Liqasının, 1974 və 1978-ci illərdə UEFA Super Kubokunun, 1966-cı ildə Kuboklar Kubokunun, 1981 və 1984-cü illərdə isə Qitələrarası Kubokun həlledici görüşündə məğlub olub. 

Sonuncu dəfə ötən mövsüm turnirin finalında İspaniya Real Madrid-i ilə qarşılaşan Liverpool 1:3 hesabı məğlub olub. Sonuncu dəfə "mersisaydlılar "Türkiyənin İstanbul şəhərində baş tutan dramatik matçda İtaliyanın Milan komandasında qalib gəlib: - 3:3 (pen. 3:2).

Tottenham Çempionlar Liqasını qazanarsa, bu titulu qazanmış 23-cü komanda olacaq. London təmsilçisi avrokuboklarda indiyədək 8 dəfə İngiltərə klubları ilə qarşılaşıb. Komanda bunların 4-dən qalib ayrılıb, 3 görüşdə isə məğlub olub, 1 görüş isə heç-heçə yekunlaşıb.

Bu qarşılaşma komandaların tarixləri ərzində 170-ci duel olacaq. Liverpool 79, Tottenham isə 48 dəfə qələbə qazanıb. 43 matçda isə qalib müəyyənləşməyib. "Mersisaydlılar" son 14 görüşdə finaldakı rəqibinə sadəcə 1 dəfə məğlub olub. Cari mövsümdə Liverpool Tottenham-i İngiltərə Premyer Lİqasında hər 2 görüşdə məğlub edib (2:1, 2:1). Komandalar avrokuboklarda bir dəfə 1972-1973 mövsümündə yarımfinalda qarşılaşıb. Liverpool 2 görüşün nəticəsində səfər qolu ilə finala yüksəlib və kuboku qazanıb.(1:0, 1:2).

Saat 23:00-da başlayacaq oyuna Damir Skomina hakimlik edəcək.

UEFA Çempionlar Liqası

FİNAL

23:00. Tottenham (İngiltərə) - Liverpool (İngiltərə)

Baş hakim: Damir Skomina (Sloveniya)

Vanda Metropolitano

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17750 səs