01/06/2019
15:35
15795
| A A A
Məşhurlar ÇL-nın finalında hansı kluba azarkeşlik edəcəklər?

Futbolun məşhur simaları bu gün keçiriləcək Tottenham - Liverpool qarşılaşmasına öz təxminlərini açıqlayıblar.

Goal.az xəbər verir ki, ikiqat dünya çempionu Ronaldo Nazario, Real Madrid-in baş məşqçisi Zinəddin Zidan, Çempionlar Liqasının iki dəfə qazanmış məşhur baş məşqçi Joze Mourinyo, Atletico Madrid-in baş məşqçisi Diyeqo Simeone və Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldo finalda hansı kluba azarkeşlik edəcəklərini öz açıqlamalarında bildiriblər.

Ronaldo Nazario öz açıqlamasında bu ilki finalda iki İngiltərə klubunun iştirak etməsinə görə ötən ilin finallarından daha maraqlı olacağını bildirib. Əfsanəvi samboçu həlledici görüşdə Liverpool-un Tottenham üzərində qalib gələcəyini düşünür. "Qızıl top" mükafatının sahibinin fikrincə, Yürgen Kloppun komandası 3:1 hesablı qələbə qazanacaq.

Brazil's former player Ronaldo Luis Nazario de Lima gives an interview as he arrives for The Best FIFA Football Awards ceremony, on October 23, 2017 in London. / AFP PHOTO / Glyn KIRK        (Photo credit should read GLYN KIRK/AFP/Getty Images)

Real Madrid-lə üç dəfə Çempionlar Liqasını qazanan Zinəddin Zidanın fikrincə isə Kloppun yetirmələri ötən il finalda məğlub olduqlarına görə bu gün daha istəkli olacaqlar. Fransalı əfsanənin fikrincə, Liverpool Tottenham üzərində aşkar favoritdir.

Картинки по запросу zinedine zidane

İnter və Porto ilə Çempionlar Liqasını qalibi olan portuqaliyalı çalışdırıcı Joze Mourinyo hazırki Liverpool-un tarixin ən güclü Liverpool olduğunu bildirib.

"Əgər indiki Liverpool 14 il öncə İstanbulda Milan-a qarşı oynasaydılar onlar rahat qələbə qazanardılar. Mənim fikrimcə Kloppun Liverpool-u tarixin ən güclü Liverpool-udur. Tottenham də çox güclü məşqçiyə və heyətə malikdir, lakin favorit Liverpool-dur" - deyib Mourinyo.

Картинки по запросу jose mourinho

Atletico Madrid-in baş məşqçisi Diyeqo Simeone bu ilki Çempionlar Liqasının fantastik olduğunu, gözlənilməz nəticələrin qeydə alındığını deyib.

"Liverpool və Tottenham-in qət etdiyi yol möhtəşəmdir. Hər iki klub finala layiq çıxış ediblər. Bu il Çempionlar Liqası fantastikdir. Heçkəs bu cür nəticələri gözləmirdi. Mən Harri Keynin azarkeşiyəm və əgər Keyn titulu başı üzərinə qaldırarsa mən bundan razı qalaram" - deyib Simeone.

Картинки по запросу diego simeone

Juventus-un ulduz futbolçusu, Çempionlar Liqasının beşqat qalibi Kriştiano Ronaldonun fikrinə görə isə Liverpool ötən ilə nisbətən daha da güclü olub.

"Liverpool ötən il Kiyevdə bizə çətinliklər yaratdı. Mən tam səmimi olaraq deyə bilərəm ki, ötən ilki Liverpool Avrokuboklar tarixinin finallarının ən çətin rəqibi idi. Onlar ötən ilə nisbətən daha da gücləniblər, öz səhvləri üzərində işləyiblər. Mənim fikrimcə Liverpool-u favorit hesab etmək olar, lakin bu finaldır, həmçinin Çempionlar Liqasının finalı. Burada hər bir nəticə qeydə alına bilər. Salah möhtəşəm futbolçudur. Mən onun çempion olmasını istəyirəm" - deyib Ronaldo.

Похожее изображение

Xatırladaq ki, Tottenham - Liverpool qarşılaşması bu gün, saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17754 səs