02/06/2019
10:40
4316
| A A A
Kloppun ilk titulu: Liverpool hesabı açanda...

Çempionlar Liqasının final oyununda Tottenham üzərində 2:0 hesablı qələbə qazanan Liverpool tarixində 6-cı dəfə kubokun sahibi olub.

Goal.az xəbər verir ki, artıq 2-ci dəqiqədə hesabı açan "qırmızılar" finallarda ilk qolu vurduğu zaman uduzmur.

Komanda 1977, 1978, 1981, 1984-cü ildəki finalda da hesabı açan və kuboku qazanan tərəf olub.

"Qırmızılar"ın baş məşqçisi Yurgen Klopp isə karyerasında ilk dəfə avrokubokların qalibi olub. Onun çalışdırdığı komandalar buna qədər 3 dəfə final görmüş və hamısında yenilmişdi. Belə ki, 2013-cü ildə Borussia Dortmund, ötən il isə Liverpool ÇL-in finalında uduzmuşdusa, 2016-cı ildə İngiltərə klubu Avropa Liqasının həlledici oyunundan məğlub ayrılmışdı.

Daxili yarışlardakı titullarla birlikdə Çempionlar Liqası Kloppun 6-cı kuboku olub.

(Matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40153 səs