03/08/2019
11:55
1363
| A A A
APOEL Bakıya gəlmək istəyən azarkeşləri üçün təyyarı ayırdı

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq APOEL cavab matçı üçün Bakıya gəlmək istəyən azarkeşlərə jest edib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kipr təmsilçisi, cavab matçını izləmək istəyən azarkeşlər üçün xüsusi təyyarə ayırıb. Təyyarə avqustun 11-də azarkeşləri Bakıya gətirəcək və oyundan sonra geri qaytaracaq. Səfər hər azarkeşə otel və transfer xərcləri daxil olmaqla 570-800 avroya başa gələcək. Bu qiymətə oyun bileti daxil deyil.

“Qarabağ” – APOEL matçı avqustun 13-də, saat 20:30-da start götürəcək. Komandalar arasında ilk oyun avqustun 6-da, Nikosiyada baş tutacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27139 səs