03/08/2019
15:13
1260
| A A A
Qarabağ-ın oyununu italyanlar idarə edəcək

Qarabağ-ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində APOEL-lə səfərdə keçirəcəyi matçın hakim təyinatları məlum olub.

Goal.az UEFA-ya istinadən xəbər verir ki, Nikosiyada keçiriləcək matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakim David Massa olacaq. Ona Fabiano Preti və Alberto Tegoni yardım edəcək. Dördüncü hakim funksiyasını isə Rosario Abisso yerinə yetirəcək.

Massa keçən mövsüm Avropa Liqasının qrup mərhələsində keçirilən Qarabağ – Arsenal oyunununda da baş hakim olmuşdu. Matç londonluların 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

APOEL – Qarabağ matçı avqustun 6-da keçiriləcək, saat 21:00-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27143 səs