05/08/2019
09:53
3195
| A A A
Qarabağ-ın Çempionlar Liqasının "pley-off" mərhələsindəki potensial rəqibi müəyyənləşir

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahındaÇempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Goal.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Azərbaycan təmsilçisi Qarabağ Kipr APOEL-ini üstələyəcəyi təqdirdə, 4 cütlükdəki 8 komandadan biri ilə qarşılaşacaq::

Çempionlar Yolu

Səpələnmişlər

PAOK (Yunanıstan) / Ajax (Hollandiya) cütünün qalibi

CFR (Kluj, Rumıniya) / Celtic (Şotlandiya) cütünün qalibi

Crvena Zvezda (Serbiya) / Koebenhavn (Danimarka) cütünün qalibi

Dinamo (Zaqreb, Xorvatiya) / Ferencvaros (Macarıstan) cütünün qalibi

Səpələnməmişlər

Young Boys (İsveçrə)

APOEL (Kipr) / Qarabağ (Azərbaycan) cütünün qalibi

Slavia (Praqa, Çexiya)

Maribor (Sloveniya) / Rosenborg (Norveç) cütünün qalibi

"Pley-off"dan etibarən III təsnifat mərhələsinin 6 qalibinə UEFA reytinqində 12-13-cü yerləri tutan İsveçrə və Çexiya çempionları da qoşulacaqlar. III mərhələnin oyunları 6-7 avqustda və 13 avqustda olacaq. Nəticədə 4 qalib komanda Çempionlar Liqasının, onlara uduzanlar isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcəklər.

Liqa Yolu

Səpələnmişlər

Krasnodar (Rusiya) / Porto (Portuqaliya) cütünün qalibi

Brügge (Belçika) - Dinamo (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

İstanbul Başakşehir (Türkiyə) / Olympiakos (Yunanıstan)

Basel (İsveçrə) / LASK (Avstriya) cütünün qalibi

Liqa Yolunda III təsnifat mərhələsinin 4 qalibi "pley-off"da yarışacaqlar. Nəticədə 2 qalib komanda Çempionlar Liqasının, onlara uduzanlar isə Avropa Liqasının qrup mərhələsinə düşəcəklər.

Pley-off qarşılaşmaları 20-21 avqustda və 27-28 avqustda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27143 səs