06/08/2019
22:55
2696
| A A A
Qarabağ-dan inamlı qələbə

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Goal.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Kiprin APOEL klubu ilə qarşılaşıb. Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılıb. Komandalar arasındakı cavab oyunu avqustun 13-də, Bakıda keçiriləcək.

“Qarabağ” APOEL səddini keçsə, pley-off mərhələsində PAOK (Yunanıstan) – “Ajax” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun

APOEL (Kipr) – Qarabağ (Azərbaycan) 1:2

Qol: Georgos Merkis, 90+5 – Mahir Emreli, 54. Maqaye Qeye, 69.

Baş hakim: David Massa (İtaliya)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs