07/08/2019
15:20
1675
| A A A
Qarabağ - APOEL matçının biletləri satışa çıxarıldı

Qarabağ Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində APOEL-i qəbul edəcək.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın biletləri bu gündən satışa çıxarılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 manat təşkil edir. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dan (onlayn) əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:30-da başlayacaq. Kiprdəki ilk matçda təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.

Image may contain: 2 people, people smiling, text

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs