08/08/2019
20:33
4136
| A A A
Çempionlar Liqasında ən yaxşı adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında mövqelər üzrə 2018/2019 mövsümü üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.

Goal.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ən çox yarışın qalibi - Liverpool-un oyunçuları yer alıb. İngiltərə təmsilçisinin 5 üzvü ən yaxşı seçilməyə iddialıdır.

Qapıçılar: Alisson Beker (Liverpool, İngiltərə), Uqo Lloris (Tottenham, İngiltərə), Mark-Andre ter Ştegen (Barcelona, İspaniya)

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil Vvn Deyk (hər ikisi Liverpool, İngiltərə) Matteys de Liqt (Ajax, Hollandiya / / Juventus, İtaliya)

Yarımmüdafiəçilər: Frenki de Yonq (Ajax, Hollandiya / Barcelona, İspaniya), Kristian Eriksen (Tottenham, İngiltərə), Cordan Henderson (Liverpool, İngiltərə)

Hücumçular: Sadio Mane (Liverpool, İngiltərə), Lionel Messi (Barcelona, İspaniya), Kriştianu Ronaldu (Juventus, İtaliya)

Qeyd edək ki, mövqelər üzrə ən yaxşı oyunçular avqustun 29-da Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. 

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs